YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə 21 tonadək qızıl alıb.

Bu il martın 31-nə ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton olub. 2018-ci ilin sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 50,95 ton (1 638 186 troya unsiyası həcmində) idi. Beləliklə də, Neft Fondu bu ilin yanvar-mart aylarında 20,8 ton qızıl alıb.

Qeyd edək ki, qızıl investisiyaları hazırda Neft Fondunun investisiya portfelinin 7,4 faizini (ABŞ dolları portfelinin 2 milyard 973,6 milyon dollarlıq hissəsi) təşkil edir.