YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neft Fondunun ABŞ dolları portfelinin 7,4 faizi qızıl investisiyalarıdır

Bu il martın 31-nə ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 55 faizini, avro 33,3 faizini, funt-sterlinq 5 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,8 faizini, Rusiya rublu 0,6 faizini, Koreya vonu 0,5 faizini, Çin yuanı 1,2 faizini, Yaponiya yeni 1,6 faizini, digər valyutalar isə 1,4 faizini təşkil edib.

Bu barədə ARDNF-in 2019-cu ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Hesabata görə, ABŞ dolları portfelinin 2 milyard 973,6 milyon dollarlıq hissəsini (7,4 faiz) qızıl investisiyaları təşkil edir.

Həmçinin ARDNF-in investisiya portfelinin 0 faizi (yəni 400 min dollar) - təqribən 680 min manatı Azərbaycan manatıdır.