YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür

“Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür. Bilirsiniz ki, illər öncə Türkiyə Ermənistana hər iki tərəfdən arxiv sənədlərinin açılmasını və tarixçilərin bu məsələni araşdırıb ortaq qərara gəlməsini təklif etmişdi. Amma erməni tərəfi bu təklifi qəbul etmədi. Çünki tarixdə belə bir “soyqırımı” olmayıb və tarixçilərdən ibarət birgə komissiya yaradılıb bu məsələ araşdırılsaydı, erməni yalanları ifşa olunardı. Bununla da, məsələ birdəfəlik qapanardı”. Bu fikirləri BDU-nun professoru Anar İsgəndərov deyib.

A.İsgəndərov bildirib ki, bu məsələni gündəmdə saxlamaq istəyən dövlətlərə gəlincə, onlar bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Yəni, ermənilər həmin dövlətlərin əlində alətdir.

“Dünyada müəyyən qüvvələr, dövlətlər var ki, Türkiyəni güclü görmək istəmir. Eləcə də Azərbaycanı. Əgər belə olmasaydı, müasir dövrümüzdə , 20-ci əsrin sonunda ermənilər Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdilər. Həmin dövlətlər ədalətlidirsə, ilk növbədə Xocalı qətliamını soyqırımı kimi tanısınlar. Amma təəssüf ki, onların məqsədi başqadır. Türkiyə və Azərbaycan erməni saxtakarlığına qarşı həmişə mübarizə aparıb və bu gün də aparırlar. Bu istiqamətdə tarixçilərimiz də elmi-tarixi əsərlər yazıb dünyaya təqdim edir”-deyə, A.İsgəndərov qeyd edib.