YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kşiştof Şçerski: Azərbaycan-Polşa əlaqələri strateji xarakter daşıyır

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Polşa Prezidenti Kabinetinin rəhbəri, dövlət katibi Kşiştof Şçerski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə K.Şçerski iki ölkə arasında olan siyasi münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. O, Polşa tərəfinin bu əlaqələrin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməmək niyyətində olduğunu bildirib. Bu xüsusda, Polşanın mərhum Prezidenti Lex Kaçinskinin dövründə ikitərəfli əlaqələrin çox yüksək səviyyədə inkişaf etdiyi yada salınıb və əlavə edilib ki, Polşa tərəfi bu münasibətlərin yenidən həmin səviyyəyə qaldırılması arzusundadır.

Nazir Elmar Məmmədyarov Polşaya səfəri zamanı keçirdiyi görüşlərdən bəhs edərək, iqtisadi əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat və digər sahələrdə mövcud perspektivlərin müzakirə edildiyini bildirib. Eyni zamanda, K.Şçerskiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Nazir Polşa tərəfinə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyinə görə təşəkkür edib.

Söhbət əsnasında Polşa tərəfi bir daha Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər, həmçinin “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri və Avropa İttifaqı tərəfindən bu proqramın inkişaf etdirilməsinə daha güclü dəstəyin göstərilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Şərqi Avropa məkanında olan vəziyyət və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

DİGƏR Xəbərlər Arxiv