YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: ATƏT-in Minsk qrupu danışıqların intensivləşməsi ilə yanaşı, təcavüzkar Ermənistana qarşı ciddi addımlar atmalıdır

“Azərbaycan və  Ermənistan xarici işlər nazirlərinin bu günlərdə keçirilən görüşü Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin intensivləşməsi baxımından müsbət ola bilər”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupu danışıqların intensivləşməsi ilə yanaşı, təcavüzkar Ermənistana qarşı ciddi addımlar atmalıdır. Onun fikrincə, proseslər deməyə əsas verir ki,  danışıqlarda Azərbaycanın mövqeyi xeyli güclənib.

“Bu səbəbdən də işğalçı Ermənistan müxtəlif cəhdlərlə prosesi pozmağa çalışır. Ermənistan sülhə getməsə, Azərbaycanın hərbi gücü ilə qarşılaşacaq. Belə olan halda, işğalçılar başqasının torpağına göz dikməyin nə ilə nəticələndiyini dərk edəcəklər. Biz inanırıq ki, dövlət başçısının qətiyyətli mövqeyi nəticəsində problem özünün ədalətli həllini tapacaq”- deyə E.Məmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv