YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ölkə iqtisadiyyatı inkişaf etdikcə əhalinin sosial rifahı daha da yüksəlir

“Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin əvvəlindən sosial sahədə verdiyi qərarlar vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, dövlət başçısının bugünlərdə imzaladığı fərmanlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Onun sözlərinə görə, dövlət tərəfindən aztəminatlı əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə göstərilən diqqət və qayğı xalqımız tərəfindən yüksək dəyərləndirilir.

“Əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət göstərən sosial paket  bu gün vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına xidmət göstərir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə dövlətin gəlirləri artdıqca, əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün geniş imkanlar açır. Son 16 ildə ölkəmizdə keçirilən uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatı inkişaf etdikcə əhalinin sosial rifahı daha da yüksəlir”-deyə, deputat qeyd edib.