YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Quliyev: Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar bundan sonra da davam edəcək

“Ötən dövrdə Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar bundan sonra da davam edəcək. Artıq vətəndaşlarımız, sahibkarlarımız da qısa müddət ərzində bu islahatların bəhrəsini görür”. Bu fikirləri  Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, iqtisadi islahatların nəticələri tədricən özünü göstərir. Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən vergi və gömrük islahatlarında əsas məqsəd sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir: “Bu islahatların nəticəsi müəyyən müddət tələb etdiyindən, hesab edirəm ki, onların nəticələrini bu ilin sonuna və ya növbəti ilin yarısına qədər hiss olunacaq qədər görmək mümkün olacaq. Bu təkcə büdcə tərəfdən deyil, eləcə də sahibkarlar, vətəndaşlarımız, cəmiyyət tərəfindən açıq şəkildə görünəcək”.

R.Quliyev qeyd edib ki, son 1 ildə iqtisadi sahədə əldə olunan uğurların əsası 15 il bundan öncə qoyulub və yeni inkişaf mərhələsi sayəsində daha da genişləndirilib. “Azərbaycanın sosial iqtisadi modeli dəfələrlə müxtəlif imtahanlardan uğurla çıxıb. Bu imtahanlardan da biri 2015-2016-cı ildə dünyada neft və qazın qiymətinin sürətlə ucuzlaşması oldu. Bu imtahan təkcə Azərbaycan deyil, neft-qaz ixracı ilə məşğul olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdi ki, bunun nəticəsində digər ölkələrdə müəyyən kataklizmlərin, böhranların da şahidi olduq. Amma Azərbaycanın iqtisadi modeli bu imtahandan çox qısa müddətdə uğurla çıxa bildi. Belə ki, 1 il müddətində iqtisadiyyatımızı bərpa edərək 2017-2018-ci illərdə iqtisadi artım əldə edə bildik. Bu da Azərbaycan iqtisadiyyatının planlı şəkildə inkişaf etdiyinin göstəricisidir ”-deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv