YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

A.Turçak: Uzun illərdir ki, biz azərbaycanlı həmkarlarımızla səmərəli qarşılıqlı fəaliyyət göstəririk

Azərbaycan Cənubi Qafqazda əsas dövlətlərdən biridir. Azərbaycanla Rusiyanı bir-birinə bağlayan iqtisadi, tarixi və mədəni amillər çoxdur və bu əlaqələri də genişləndirmək üçün yaxşı perspektivlər var.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının vitse-spikeri Andrey Turçak bu fikri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinin yekunlarını şərh edərkən söyləyib.

Federasiya Şurasının mətbuat xidməti Andrey Turçakın bu sözlərini sitat gətirir: “Uzun illərdir ki, biz azərbaycanlı həmkarlarımızla səmərəli qarşılıqlı fəaliyyət göstəririk”.

A.Turçak xatırladıb ki, 2001-ci ildə Rusiya Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında Saziş imzalanıb. Bu gün iki ölkənin parlamentlərinin əməkdaşlığı üzrə Parlamentlərarası komissiya həmin sənəd əsasında işləyir.

A.Turçak vurğulayıb ki, tərəflər regionlararası və beynəlxalq səviyyələrdə siyasi, iqtisadi və humanitar sahələrdə müntəzəm əsasda iş aparırlar.

Vitse-spiker bildirib ki, ikitərəfli və çoxtərəfli formatlarda daim qarşılıqlı əlaqə saxlanılır. Bu fəaliyyət, xüsusi halda, MDB iştirakçıları olan ölkələrin Parlamentlərarası İttifaqı və Parlamentlərarası Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası məkanlarında həyata keçirilir.

Senator deyib: “Biz bu qarşılıqlı fəaliyyətin konkret nəticələrini görürük”. A.Turçak hesab edir ki, Moskva ilə Bakı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki dövlətin xeyrinə olacaq.