YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Həyata keçirilən islahatlar öz dinamikası, əhatəsi və nəticəliliyi ilə fərqlənir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz dinamikası, əhatəsi və nəticəliliyi ilə fərqlənir”. Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Fransanın “Opinion way” şirkətin apardığı sorğu nəticəsində rəyi soruşulan Azərbaycan vətəndaşlarının 90%-nin prezidentin islahatlarını dəstəkləməsi ölkədə aparılan mühüm iqtisadi və idarəetmə islahatlarına böyük dəstəkdir.

“Keçən bir ildə islahatların mühüm nəticələri onu bir daha göstərdi ki, effektiv şəkildə aparılan islahatlar qısa müddətdə öz nəticələrini verir. 2019-cu ilin ilk 3 ayının nəticələrini təhlil etsək, görərik ki, Ümumi Daxili Məhsul 3%, qeyri-neft sənayesi 15% artmış, inflyasiya cəmi 2% olmuşdur. 2018-ci ildə Dünya Bankı Azərbaycanı dünyada ən çox islahat aparan ölkə elan etmişdir. İslahatlar nəticəsdinə iqtisadiyyatda şəffaflığın artması büdcə gəlirlərini son 2 ayda 200 milyon manat artırmışdır. Dövlətin artan gəlirlərini vətəndaşların sosial müdafisəinin güclənməsinə yönəldən dövlət başçısı minimum əmək haqlarını, pensiyaları, sosial müavitnətləri, tələbə təqaüdləri və s artırmaqla bir daha aparılan islahatların əsas məqsədinin Azərbaycan vətəndaşının daha yaxşı yaşaması olduğunu göstərib”-deyə,  K.Əliyeva qeyd edib.