YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valentina Matviyenko: Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir

Keçən il sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər edib. Bu, ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir. Həmin səfər zamanı imzalanmış 15 mühüm sənəd 2024-cü ilə qədər olan dövrdə qarşılıqlı əlaqələrimizin genişlənməsi üçün perspektiv imkanlar yaradıb. Bir məqam çox vacibdir ki, qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı hörmətə, dostluğa əsaslanır və qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulur. Bu, strateji tərəfdaşlar səviyyəsinə çatmış digər dövlətlər üçün qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri nümunəsidir.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, ölkəmizdə rəsmi səfərdə olan Valentina Matviyenko bu fikri aprelin 12-də jurnalistlərə müsahibəsində söyləyib.

Valentina Matviyenko ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafından söhbət açaraq qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə münasibətlərin inkişafına çox böyük töhfə verir.

V.Matviyenko Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq deyib ki, Rusiya bu münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıdır. Bu münaqişənin həlli böyük diplomatik və siyasi uğur olardı.