YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valentina Matviyenko: Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə çox dinamik inkişaf edir

Azərbaycan respublikasının Prezidenti İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Rusiyanın ən etibarlı tərəfdaşıdır. Mən onunla razıyam.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, ölkəmizdə rəsmi səfərdə olan Valentina Matviyenkonun jurnalistlərə müsahibəsində belə deyib.

V.Matviyenko vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə fasiləsiz, çox dinamik inkişaf edir. O deyib: “Biz ticari-iqtisadi, energetika və humanitar sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu, mütəmadi əlaqə saxlayan ölkələrimizin liderlərinin böyük xidmətidir. Dövlət başçıları Rusiya-Azərbaycan qarşılıqlı əlaqələri üçün xüsusilə əlverişli şərait yaradıblar”.