YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lord Devid Evans: Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji xarakter daşıyır

Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji xarakter daşıyır.

Bunu "Senate Publishing" nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü Devid Evans Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimində deyib.

O qeyd edib ki, Azərbaycan Böyük Britaniyanın parlament dairələrində çox yaxşı tanınır.

D.Evansın sözlərinə görə, Azərbaycan-Böyük Britaniya əməkdaşlığı güclü ikitərəfli əlaqələrə, sabit, etibarlı tərəfdaşlığa və investisiyalara əsaslanır:

“Azərbaycanda 500 Böyük Britaniya şirkəti fəaliyyət göstərir. SOCAR ilə BP arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın zəngin enerji resurslarını dünyaya açdı və iqtisadiyyatın inkişafına mühüm töhfə verdi”.

Lord bildirib ki, Azərbaycan-Böyük Britaniya dostluğu hər iki tərəf üçün faydalıdır: "İki ölkə arasında maliyyə, təhsil, mədəni və digər sahələrdə də səmərəli əməkdaşlıq mövcuddur".