YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Ölkəmizdə həyata keçirilən islahatların əhatə dairəsi xeyli genişlənib

“Ölkəmizdə həyata keçirilən islahatların əhatə dairəsi xeyli genişlənib”. Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, 2018-ci ilin sonu və 2019-cu ilin əvvəllərində islahatların genişləndirilməsini müşahidə etdik, bunların hər biri idarəetmə sistemində çevikliyin artırılmasına xidmət edən islahatlardır. Onun sözlərinə görə, ölkə Prezidenti tərəfindən iqtisadi islahatlarla bağlı müəyyənləşdirilən istiqamətlərdən biri gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir.

“Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həm vergi, həm gömrük sistemi ilə bağlı fəaliyyətin şəffaflaşdırılması istiqamətində konkret tapşırıqları oldu. Nəticədə 2018-ci ildə gömrük sistemindən dövlət büdcəsinə daxil olmalarda kəskin artım müşahidə olundu, 2019-cu il Azərbaycanda yeni vergi islahatları ilə başladı. Bir tərəfdən mikro və kiçik sahibkarlara yeni güzəştlərin tətbiq edilməsi, gəlir vergisinin 7 il müddətinə sıfırlanması, qeyri-neft sektorunda çalışanların gəlir vergisindən azad olunması, həm də qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi idi. Bundan başqa son 1 ildə iqtisadiyyatın daha da şəffaflaşması, liberallaşması, elektron xidmətlərdən daha çox istifadə edilməsini müşahidə edirik ki, burada məqsəd vətəndaş məmur münasibətlərinin minimuma endirilməsidir”-deyə, ekspert qeyd edib.