YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun nümayəndələri ilə görüş olub

Oktyabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun nümayəndələri ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin əldə etdiyi mühüm tarixi uğurları qonaqların diqqətinə çatdırıb. 1994-cü ildən etibarən ƏƏSMN ilə BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edən nazir bildirib ki, həmin il Qahirədə qəbul edilmiş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib. 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub. Hər iki sənəddə, habelə 2014-2025-ci illəri əhatə edən növbəti “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” layihəsində həmin Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Yeni dövlət proqramının əsas məqsədi ölkəmizin demoqrafik sahədə növbəti on il üçün inkişaf istiqamətlərini müəyyən etməkdir.

BMT-nin Əhali Fondunun icraçı direktorunun müavini xanım Anna Birgit Albrektsen Azərbaycanın sosial-iqtisadi inkişafının mühüm uğurlarından biri kimi, demoqrafik proseslərin müsbət yöndə getməsinin, habelə ölkəmizin BMT-nin Əhali Fondu ilə davamlı və səmərəli əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. O, ölkəmizin gələcək dövrdə demoqrafiya sahəsində strateji hədəflərinə nail olunmasında BMT Əhali Fondu tərəfindən əməkdaşlıq müstəvisində bütün mümkün dəstəyin veriləcəyini bildirib, gələn il Azərbaycanda əhali və davamlı inkişaf məsələlərinə dair beynəlxalq konfransın keçirilməsi təklifini müsbət dəyərləndirib.

Görüşdə əhali sakinliyi və demoqrafik sahədə əməkdaşlıqla bağlı qarşıda duran məsələlər müzakirə olunub.

DİGƏR Xəbərlər Arxiv