YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Biz öz inkişafımıza davam edib daha da güclənməliyik

«Bu gün Azərbaycan dinamik inkişaf edir. Ölkə Prezidenti milli maraqlarımıza əsaslanan uğurlu siyasət həyata keçirir». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, bəzi beynəlxalq qurumların və dövlətlərin ölkəizə qarşı ikili standartlarla yanaşmasının səbəbi bu amillərlə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir ki, bu da bir çoxlarının xoşuna gəlmir.

« İkili standartlar da məhz burdan yaranır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu ikitərəfli münasibətlər qurmaq istəyir. Bu yanaşmanı da müəyyən xarici qüvvələr nu qəbul etmək istəmirlər. Ona görə də, Azərbaycanın bir yolu var. Biz öz inkişafımıza davam edib daha da güclənməliyik»- deyə, spiker vurğulayıb.