YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Ekvadorda ilk səfiri fəaliyyətə başlayıb

Azərbaycanın Ekvadordakı səfiri Elnur Sultanov etimadnaməsini bu ölkənin prezidenti vəzifəsini icra edən Xorxe Qlasa təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfir Elnur Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Ekvador Prezidenti Rafael Korreaya çatdırmağı xahiş edərək, iki ölkə arasında əlaqələrin inkişafı üçün səy göstərəcəyini bildirib.

Xorxe Qlasa da öz növbəsində Ekvador Prezidenti Rafael Korreanın salamlarının və xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edərək ölkəsinin Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib.

Səfir Elnur Sultanov iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə Ekvadorun xarici işlər naziri vəzifəsini icra edən Leonardo Arizaga, bərpa olunmayan təbii resurslar naziri Pedro Merizalde, xarici ticarət nazirinin müavini Roberto Betankur və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Səfir Elnur Sultanov qərargahı paytaxt Kitoda yerləşən Cənubi Amerika Millətlərin İttifaqının (UNASUR) baş katibi Ernesto Samper ilə də görüşüb.

 

DİGƏR Xəbərlər Arxiv