YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səudiyyə Ərəbistanı HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, general-polkovnik N.Sadıkov ilə Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.