YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub

Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.