YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: İnsanların həyatının yaxşılaşdırılması Azərbaycan dövlətinin, ölkə Prezidentinin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir

“İnsanların sosial həyatının, həyat səviyyəsinin, bütövlükdə ölkədə həyat səviyyəsinin artırılmasının vacib istiqamətlərindən biri insanların işlə təmin edilməsidir. Bütövlükdə Azərbaycanda son 15 il ərzində insanların işlə təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb. 2 milyona yaxın yeni iş yerlərinin yaradılması Azərbaycan Prezidentinin atdığı ən ciddi sosial addımdır. Sual oluna bilər ki, niyə indi Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosial yönümü qabarıq şəkildə ortaya çıxıb. Təbii ki, insanların həyatının yaxşılaşdırılması Azərbaycan dövlətinin, ölkə Prezidentinin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi insanlarımızın rifah halının yaxşılaşdırılmasından savayı vacib vəzifə yoxdur”. Bu fikirləri  Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası  Sədrinin müavini-İcra katibi Əli Əhmədov Sabirabad şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sosial sahədə uğurla həyata keçirilən islahatlara həsr olunmuş regional müşavirədə nitqində səsləndirib.