YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatı idarə heyətinin geniş tərkibdə iclası keçirilib

Oktyabrın 28-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı idarə heyətinin geniş tərkibdə iclası keçirilib.

İclasda partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər.

YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov gündəliyə daxil edilmiş məsələlər, bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. Bildirilib ki, cari ilin aprel ayında keçirilən YAP Səbail rayon təşkilatı idarə heyətinin iclasında bələdiyyə seçkiləri ilə bağlı rayon təşkilatının seçki qərargahının yaradılması və üzvlərinin təyin edilməsinə dair qərar qəbul olunub.

Bugünkü iclasda bələdiyyə seçkilərində YAP Səbail rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlər elan olunub və təsdiq edilib. Səbail rayonundan bələdiyyə seçkilərində, o cümlədən 29 və 23 saylı seçki dairələrində iştirak edəcək səlahiyyətli nümayəndələr təsdiq olunub, rayon təşkilatının seçki qərargahının tərkibi barədə məlumat verilib.

Zahid Qaralov vurğulayıb ki, iclasın gündəliyinə daxil edilmiş digər məsələ YAP-ın yaradılmasının 22-ci ildönümü ilə bağlıdır. Partiyanın yaradılmasının növbəti ildönümü yüksək səviyyədə qeyd ediləcək. Z.Qaralov Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddətdə ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, 22 il ərzində partiyanın əldə etdiyi nailiyyətlərdən, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirilən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev ölkəni parçalanmaqdan qoruyub, xalqımızın xilaskarına çevrilib. Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmlənib və inkişaf edib, ölkədə əmin-amanlığın bərqərar olmasına, iqtisadi inkişafa töhfələrini verib.

Vurğulanıb ki, bu gün partiyaya rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi, mədəni və digər sahələrdə ölkəmizin inkişafı istiqamətində mühüm işlər görür. Azərbaycan gündən-günə daha sürətlə inkişaf edir.