YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan dövləti hər zaman xalqın yanındadır

“Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etmir. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvan Muxtar Respublikasında demək olar ki, sığorta olunmamış ev qalmayıb. Əgər hansısa hadisə baş verərsə, sığorta şirkətləri məsuliyyəti öz üzərlərinə götürürlər”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dunu qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, Prezident İlham Əliyev yanan “Diqlas” ticarət mərkəzi ilə bağlı keçirdiyi müşavirədə sığorta məsələləri ilə bağlı göstəriş verib. Milli Məcsliin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində də  sığorta məsələsi ilə bağlı layihələr hazırlanmalıdır.  Onun sözlərinə görə, qanunvericilikdə insanların əmlakının sığortalanması məsələsi öz əksini tapmalıdır.  

S.Novruzov təəssüflə qeyd edib ki, Azərbaycanda baş verən hər hansı belə hadisələrdən süi-istifadə edənlər var: “Bəziləri müxtəlif çağırışlar edirlər, insanları mitinqlərə çağırırlar. Bilirsiniz ki, son prezident seçkilərindən sonra sosial-iqtisadi sahədə mühüm islahatlar həyata keçirilir. Cənab Prezident bütün məsələlərin həlli istiqamətində önəmli addımlar atır. Artıq hər kəs görür ki, mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Amma təəssüf ki, mitinq keçirmək, üç-beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər var. Burada məqsəd ölkədə aparılan  islahatlara kölgə salmaq, baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir”.

Deputat söyləyib ki, həmin qüvvələr hələ 1990-cı illərdə belə hadisələrdən hakimiyyətə gəlmək üçün süi-istifadə ediblər: “Yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamailə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər ”.

Dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamının guya hər hansı təzyiqlər nəticəsində imzalanmasına dair yanlış fikirləri pisləyən S.Novruzov deyib ki, əfv siyasəti kimlərinsə təzyiqi vasitəsilə həyata keçirilmir. Onun sözlərinə görə, bu, ölkə başçısının humanist addımı və vətəndaşların müraciəti əsasında həyata keçirilir. Sərəncamın kimlərinsə bəyanatı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan demokratik dövlətdir, heç kimin daxili işlərinə qarışmır və kimsə də bizim işimizə qarışa bilməz. “Azərbaycan dövləti hər zaman xalqın yanındadır. Ölkə başçısı ötən gün keçirilən müşavirədə də söylədi ki, baxmayaraq ki, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır. Zaqatalada, Şamaxıda baş verən zəlzələlər zamanı ölkə başçısı insanların yanında  oldu. Hazırda həmin ərazilərdə gözəl evlər tikilir və zəlzələdən zərərçəkmiş insanlara verilir. Əvvəllər də baş verən təbii fəlakətlər zamanı da zərəçəkmiş insanlara dövlət bütün dəstəyi göstərib. Bu işlərə kölgə salmaq mümkün deyil”-deyə, S.Novruzov vurğulayıb.