YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: Azərbaycanın ümumi karbohidrat ehtiyatları 10 milyard ton həcmində qiymətləndirilir

Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatları 3,35 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard ton həcmində qiymətləndirilir.

Bunu Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik Konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, ölkənin təsdiq edilmiş neft ehtiyatları isə 2 milyard ton səviyyəsindədir.

X.Yusifzadə qeyd edib ki, ümumilikdə ölkənin neft-qaz ehtiyatları neft ekvivalentində 10 milyard ton həcmində qiymətləndirilir.

 

DİGƏR Xəbərlər Arxiv