YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib

“Prezident İlham Əliyev tərəfindən əfv Sərəncamının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib”. Bu fikri yap.org.az saytına “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir: “Buna paralel olaraq həm də Azərbaycanda həyata keçirilən davamlı hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün şərtlər formalaşdırır. Xüsusi təhlükəli hallar istisna olmaqla təcridetmədə cəzanın yüngülləşdirilməsi imkanları yaradır. Bu sərəncamla 400 yüzdən çox vətəndaşımız əfv edildi. Onların içərisində xarici ölkə vətəndaşları da var idi. Əfvetmə cəmiyyətimizdə, onun ictimai rəyində olduqca müsbət hadisə kimi qarşılandı və şübhəsiz ki, ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi”.

Millət vəkilinin sözlərinə görə, əfv fərmanları həm də bu məsələdə ümumiləşdirici və birləşdirici funksiya yerinə yetirməklə ümumi münasibətlər sistemində müsbət hal kimi assosiasiya olunur: “Əlbəttə, bu faktor da vacibdir və pozitiv əhval-ruhiyyə yaratmaq baxımından əhəmiyyətlidir. Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın humanist ənənələrinə söykənməsi əsaslarında baş tutmasıdır. Azərbaycan hakimiyyəti bunu müstəqil siyasi iradəsinə söykənərək edir və bu zaman hələ 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızın yaratdığı hüquqi fəlsəfəyə istinad edir. Ona görə də Azərbaycan cəmiyyətində vaxtaşırı əfv olacağı ilə bağlı bir gözlənti olur və bu da insanlarda həmişə ümid yaradır. Məhkum edilmiş şəxslər isə bu hadisəni öz səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Beləliklə də əfv hadisəsi hüquqi cəzadan da artıq tərbiyəedici vasitəyə çevrilir.Ancaq təssüf ki , bu hümanist addımı fəqli formada qiymətləndirilənlər də tapılır . Azərbaycan Prezidentinin Sərəncamı ilə əvf edilənlərin siyahısında sabiq səhiyyə naziri Əli İnsanovun da adı vardı .Onun azadlığa buraxılması Azərbaycan Prezidenti İlham Əliyev müstəqil və humanist qərarı olsa da, bu şəxs məlum qərarın  guya beynəlxalq təşkilatların təzyiqi nəticəsində alındığını iddia etdi. Bu cür yanaşma əfv kimi humanist dəyərlərimizin dəyərsizləşdirilməsinə xidmət etməklə cəmiyyətdə belə qərarların antitəbliğatı vasitəsinə çevrilir. Əli İnsanovun müəyyən siyasi çağrışlar etməsi Azərbaycan cəmiyyətində heç bir reaksiya doğurmadı və doğura da bilməzdi”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycanda heç vaxt siyasi karyera  regional  təəssübkeşlik üzərində qurulmayıb. Onun fikrincə, buna cəhd etmək istəyənlər əvvəlcədən uğursuzluğa məhkumdur: “Müasir Azərbaycan cəmiyyəti qarşılıqlı şəkildə o qədər dərin inteqrasiya olunub ki, onu region fərqinə görə bölmək qeyri-mümkündür. Siyasət həm də fərdlərin maraqlarının təmin olunduğu fəaliyyət sahəsi olduğu üçün hər bir ictimai fəal fərd özünün marağını mücərrəd ümumi regional maraq çərçivəsində təsəvvür edə bilmir.Siyasi baxımdan yetkin olan Azərbaycan cəmiyyəti də belədir. Ona görə də siyasətçi siyasətlə, digər peşə sahibləri də uyğun fəaliyyətlə məşğul olmalıdırlar. Azərbaycanda ötən əsrin 90-cı illərini siyasi reablitasiya etmək cəhdləri milli maraqlarımıza ziddir və heç baş tutacaq məsələ də deyil”.