YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı–Tbilisi–Ceyhan kəməri ilə bu il 5,2 milyon ton neft daşınıb

Cari ilin ilk iki ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 6 milyon 459,6 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 81,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-fevral aylarında bu kəmərlə 5 milyon 247,9 min ton neft nəql edilib. İki ayda BTC ilə 752,7 min ton tranzit nefti də ötürülüb.