YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya Parlamentinin deputatı Yohan Vadeful: Qarabağ Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir

Almaniya Parlamentində XDİ/XSİ fraksiyası sədrinin müavini Yohan Vadeful Azərbaycanın Dağlıq Qarabağ regionunu birmənalı olaraq işğal edilmiş ərazi kimi səciyyələndirərək deyib: “Bir məsələ aydındır: Azərbaycan ərazisi Ermənistan tərəfindən qeyri-qanuni işğal edilib”.

Vadeful bu fikri Xocalı qırğınının 27-ci ildönümü münasibətilə Almaniya-Azərbaycan forumu, Azərbaycanın AFR-dəki səfirliyi və Almaniya Atlantik Cəmiyyəti tərəfindən Berlində təşkil edilmiş “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik: Almaniya-Azərbaycan tərəfdaşlığının perspektivləri” mövzusunda simpoziumda söyləyib.

Rəsmi Bakının iqtisadiyyatın şaxələndirilməsi təşəbbüsünü yüksək qiymətləndirən Vadeful Azərbaycanı “Cənubi Qafqazda Almaniyanın ən mühüm ticarət tərəfdaşı” adlandırıb.

Siyasətçi deyib: “Biz Azərbaycanı enerji təchizatının şaxələndirilməsi məsələlərində etibarlı tərəfdaş kimi qiymətləndiririk”.