YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alparslan Bayraktar: Azərbaycan Avropa və Asiya arasında enerji dəhlizi rolunu oynayır

Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Avropa və Asiya arasında enerji dəhlizi rolunu oynayır. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan enerji layihələri həm regionun, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir.

Bu fikirləri oktyabrın 27-də Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransdakı çıxışında qurumun rəhbəri Alparslan Bayraktar səsləndirib.

A.Bayraktar bildirib ki, Azərbaycan regionda təkcə Xəzər dənizinin karbohidrogen ehtiyatları ilə deyil, digər enerji mənbələri ilə də etibarlı tərəfdaş mövqeyində çıxış edir.

 

DİGƏR Xəbərlər Arxiv