YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək

Oktyabrın 27-28-də Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov iştirak edəcək.

Tədbirdə Türk Akademiyasının gələcək fəaliyyətinə dair tövsiyələr, iqtisadi sahədəki əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsi, Türk Şurasına üzv ölkələrin diasporlarının regional mərkəzlərinin yaradılması, şuranın gələcək iş planı və digər mövzularda fikir mübadiləsi aparılacaq.