YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağalar Vəliyev: Uğurla həyata keçirilən dövlət siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir

“Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişafın müşahidə olunması ilə yanaşı, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilməkdədir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev deyib.

A.Vəliyev bildirib ki, Prezident İlham Əliyevin istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə müvafiq fərman imzalayıb. Bununla da uzun illərdir ki, əhalini ciddi narahat edən problemli məsələlərdən biri də öz həllini tapıb. Belə ki, fərmana əsasən müvafiq dövlət orqanları bütün lazımı sənədləşmə işlərini aparılmasını təşkil edəcək və beləliklə də, təxminən 400 çoxmənzilli binada yaşayan 60 minə yaxın ailə faktiki yaşadıqları mənzillərə mülkiyyət hüququ verən sənədlərlə təmin olunacaq.

“Bütövlükdə, uğurla həyata keçirilən dövlət siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə və xalqımızın rifahının yaxşılaşmasına hesablanıb. Məhz bunun sayəsində bu gün Azərbaycan dünyanın mötəbər kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Bütün bu uğurlarımızın əsasında heç şübhəsiz ki, cənab Prezidentin uzaqgörən və sistemli daxili və xarici siyasəti, onun xalqımız tərəfindən dəstəklənməsi, tükənməz vətəndaş etimadı və sarsılmaz iqtidar-xalq birliyi dayanır. Azərbaycan Respublikası üçün ilk aylarını uğurla başa vurduğumuz 2019-cu il cənab Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilən “Regionların 2019 - 2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında” nəzərdə tutulan tədbirlərin və yeni sosial islahatlar paketinin icrasına başlanması ilə əlamətdar olacaq. Əminəm ki, hökümətimiz qarşıda duran vəzifələrin, eləcə də cənab Prezindentin yeni hədəflərlə bağlı imzaladığı Fərman və sərəncamların, göstəriş və tapşırıqların icrasını layiqincə təmin edəcək”, - deyə A.Vəliyev vurğulayıb.