YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Paşazadə: Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək

“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu mənada VII Qlobal Bakı Forumunun  ölkəmizdə keçirilməsi də mühüm hadisədir. Azərbaycan artıq yeddinci dəfədir ki, bu mötəbər tədbirə ev sahibliyi edir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

C.Paşazadə  bildirib ki, beynəlxalq müstəvidə  Azərbaycanın mövqeyi daha da güclənməkdədir. Onun sözlərinə görə, Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların  qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur.

“Qlobal Forum ən actual məsələlərin müzakirə edildiyi nüfuzlu bir platformadır. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.  Şübhəsiz ki, Forumda müzakirə olunan məsələlər qlobal müstəvidə mövcud olan problemlərin həllinə öz töhfəsini verəcək. Çünki bu forum dünyanın nüfuzlu şəxslərinin toplaşdığı bir platformadır. Eyni zamanda, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınması üçün geniş imkandır”- deyə,  C. Paşazadə vurğulayıb.

Forumun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin dərinməzmunlu çıxış etdiyini deyən millət vəkili qeyd edib ki, dövlətimizin başçısı çıxışında ölkəmizin inkişafı, həyata keçirilən xarici siyasət, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlərini bildirib: “Cənab Prezident vurğuladı ki, danışıqlar formatı dəyişdirilə bilməz və danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

C.Paşazadə hesab edir ki, bu kimi mötəbər tədbirlər Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən biri olduğunu sübut edir. Millət vəkili deyib ki,yüz illər boyu  Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir məkan olub: “Azərbaycan bu baxımdan dünya üçün bir nümunədir”.