YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib. İclasda  ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyə seçkiləri kampaniyasına  artıq rəsmi start verildiyini bildirib. Seçkilərin dekabrın 23-də keçiriləcəyini deyən komissiya sədri YAP-ın bu seçkilərə ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb.

 Yeni Azərbaycan Partiyasının Regional inkişaf və yerli özünüidarə komissiyasının sədr müavini, YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev məsələ ilə bağlı məruzə edib. Ölkəmizdə bələdiyyələrin inkişaf yolunda olduğunu vurğulayan Ə.Əliyev dövlətimizin yerliözünüidarə orqanlarının fəaliyyətinə qanunlar çərçivəsində lazımi dəstək verdiyini vurğulayıb. O, YAP-ın seçkilərə hazırlıqla bağlı gördüyü işlər haqqında da iclas iştirakçılarına məlumat verib.

İclasda komissiya üzvlərindən Şahin Məmmədov, Vaqif Abdullayev və Tahir Budaqov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri Tahir Rzayev, Rüstəm Xəlilov və Azər Badamov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin direktoru Mehdi Səlimzadə və digərləri mövzu ilə bağlı çıxış ediblər.