YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycanda «siyasi məhbus» olmadığından, belə bir anlayış haqda danışmaq mümkün deyil

«Azərbaycanda «siyasi məhbus» olmadığından, belə bir anlayış haqda danışmaq mümkün deyil. Sadəcə ayrı-ayrı cinayətlər törətmiş şəxslər barəsində məhkəmə hökmləri var».  Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, «siyasi məhuslarla» bağlı iddialar özünü doğrultmur. Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar AŞPA-da hazırlanmış sənəd ötən il qurumun sessiyasında qəbul olunmayıb.

«Azərbaycan Prezidenti ardıcıl olaraq humanist addımlar atır. Bu humanizmin nəticəsi olaraq məhkumlar əfv olunurlar. Təbii ki, bu humanist siyasət beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir»- deyə, komitə sədrinin müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv