YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-İran Biznes və İnvestisiya Forumu keçirilir

Martın 14-də Bakıda Azərbaycan-İran Biznes və İnvestisiya Forumu öz işinə başlayıb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin ilbəil dinamik inkişaf etdiyini bildirib. Nazir qeyd edib ki, son 5 ildə ölkələrimiz arasında 25 bıznes-forum keçirilib. 2017-2018-ci illərdə iqtisadi-ticari əlaqələr 74 faiz artıb.

Ş.Mustafayev, həmçinin vurğulayıb ki, sözügedən əməkdaşlıq bir çox sahələrdə, o cümlədən nəqliyyat, tranzit, kənd təsərrüfatı və turizm sahəsində daha çox inkişaf edib, iş adamları üçün münbit şərait yaradılıb.