YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın ölkəmizə yeni təyin olunan səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın ölkəmizə yeni təyin olunan səfiri Vladislav Kanevski ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Tərəflər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan ediblər.

Səfir V.Kanevski ölkəsinin Azərbaycan ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Vladislav Kanevskiyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Vladislav Kanevski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.