Xəbərlər
Prezident İlham Əliyev Keniyanın Prezidenti cənab Uhuru Kenyattaya başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti cənab Uhuru Kenyattaya başsağlığı verdi.
Başsağlığında deyilir: "“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərindən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.