YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya Prezidenti: Qlobal Bakı Forumu regional və qlobal səviyyələrdə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir

Qlobal Bakı Forumu regional və qlobal səviyyələrdə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir.

Bunu Albaniya Prezidenti İlir Meta VII Qlobal Bakı Forumu ərəfəsində Trend-ə müsahibəsində deyib.

İ.Meta qeyd edib ki, Qlobal Bakı Forumu görkəmli siyasi xadimlərin, iş adamlarının, elmi dairələrin və gənclər forumlarının nümayəndələrinin iştirak etdiyi mühüm qlobal platformaya çevrilib:

"Bu platforma regional və qlobal səviyyələrdə dialoq və qarşılıqlı anlaşmanın yaradılması və möhkəmləndirilməsinə mühüm töhfə verir".

Prezident bildirib ki, VII Qlobal Bakı Forumunun əsas mövzusu – “Dünyanın yeni xarici siyasəti” – bu töhfəni olduqca dəqiq əks etdirir:

"Əminəm ki, Forumun keçirildiyi üç gün ərzində dünyada müxtəlif hadisələrə müsbət təsir edə biləcək bir çox qiymətli fikirlər səsləndiriləcək".

İ.Meta vurğulayıb ki, bu gün dünyanın əməkdaşlıq körpüsü və inklüziv cəmiyyətə daha çox ehtiyacı var.

Xatırladaq ki, martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda 70-dən çox ölkədən 450-dək qonaq iştirak edəcək. Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.

Beynəxalq tədbirdə dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.

Foruma bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış mediya nümayəndələri qatılacaq.