YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanda olmasından məmnunluğunu bildirən Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Eyni zamanda, Azərbaycana səfər çərçivəsində müxtəlif dini icmaları ziyarət etdiklərini və onlar üçün yaradılmış şəraitlə yerindəcə tanış olduqlarını vurğulayan qonaqlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı aparılmış fikir mübadiləsini yüksək qiymətləndiriblər.

Nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ-da fəaliyyət göstərən yevangelik təşkilatlarının nümayəndələri Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verildiyinin və müxtəlif dini icmaların nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının şahidi olduqlarını qeyd ediblər. Bu xüsusda, qonaqlar Azərbaycanın nümunəvi dövlət olduğunu xüsusilə vurğulayıblar.

Nazir Elmar Məmmədyarov bunun dövlət siyasəti və Azərbaycan xalqının əsrlər boyunca yaşatdığı bir ənənə olduğunu bildirib.

Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qonaqların diqqətinə çatdırıb. Nazir Elmar Məmmədyarov bölgənin dayanıqlı inkişafı və rifahı baxımından münaqişənin həllinin vacibliyini qeyd edib.

Görüş zamanı, həmçinin tərəflər Azərbaycan-ABŞ münasibətlərini və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

DİGƏR Xəbərlər Arxiv