YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abuzər Türkmən: Azərbaycan ilə münasibətlərin inkişafı İran üçün xüsusilə vacibdir və əhəmiyyətlidir

İran İslam Respublikası öz mövqeyini rəsmi tribunalardan səsləndirir. Ermənistanın baş nazirinin İrana səfəri zamanı səslənən şüarlar rəsmi Tehranın mövqeyi deyil. Biz həmişə Azərbaycan xalqının hüquqlarını müdafiə etmişik və bundan sonra da edəcəyik.

Bu sözləri martın 5-də Tehranda keçirdiyi mətbuat konfransında İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər Türkmən deyib. O bildirib ki, İran ilə Azərbaycan xalqları ortaq mədəniyyətə, dinə, adət ənənələrə malikdirlər. İranın Ali lideri Ayətullah Seyid Əli Xamneyinin mövqeyi ondan ibarətdir ki, İran hər zaman Azərbaycanı müdafiə etməlidir. Keçmişdə İran Azərbaycanı müdafiə edib və yardımlar göstərib. Bu siyasət dəyişməyib.

Azərbaycan xalqının narahatlığını başa düşdüyünü vurğulayan A.Türkmən qeyd edib ki, Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı İran üçün xüsusilə vacibdir və əhəmiyyətlidir.