YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı

“Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilmir”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

İnsanların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyən deputat söyləyib ki, Azərbaycan Prezdentinin hüquqları da qanunla qorunur.

 “Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insan var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab Prezidentin hüquqları qanunla qorunduğu üçün Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir”-deyə, S.Novruzov vurğulayıb.