YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Rafael Gülməmmədovun daxil olduğu nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin milli münasibətlərin tənzimlənməsi ilə bağlı Çin təcrübəsinə dair təşkil etdiyi tədbirdə iştirak edib. Tədbirdə bir çox ölkələrin aparıcı siyasi partiyalarının nümayəndələri iştirak ediblər.

Səfər barədə məlumat verən YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, 21-27 fevral tarixlərində reallaşan səfərin ilk günü tədbir iştirakçıları Çinin cənubunda yerləşən azad iqtisadi zonada əldə olunan  nailiyyətlərlə tanış olublar. Nümayəndə heyətləri  Quandou vilayətinin mərkəzi şəhəri olan Quanjou şəhərində elekrtrotexnika müəssisələrinin işinə baxış keçiriblər.

Səfər zamanı nümayəndə heyəti Çində ən hündür teleqüillə olan Quanjou qülləsi ilə də tanış olub.

Eyni zamanda, tədbir iştirakçıları kontinental Çinlə onun xüsusi əraziləri olan Makau və Honkonq ərazilərini birləşdirən   55 km-lik körpü ilə tanış olublar. Məlumat verilib ki, bu körpü  uzunluğuna və texniki təhcizatına görə dünyada birincidr.

Tədbir çərçivəsində qonaqlar Quandou vilayət Xalq Məsləhət Şurasının sədri ilə görüşüb. Görüşdə 114 milyon əhalisi olan vilayətin sosial-iqtisadi inkişafı  haqqında məlumat verilib.

A.Mirzəzadə bildirib ki, səfərin üç günü Sincan Uyğur muxtar rayonunun mərkəzi olan Urumçi şəhərində keçib. Səfər zamanı qonaqlar Sincan Uyğur muxtar rayonunun İslam İnstitutu və Cümə məscidi ilə tanış olublar. Bundan başqa, bölgədə  müasir sənaye müəssisələrin işinə baxış keçirilib.

Tədbirin sonunda YAP nümayəndə heyəti  Urumçi Mərkəzi Sarayında rayon rəhbərliyinin iştirakı ilə muxtar rayonda milli məsələlərin həlli ilə əlaqədar görülən işlərlə bağlı keçirilən konfransda iştirak edib.

Səfər çərçivəsində YAP-ın  nümayəndə heyəti keçirilən görüşlər zamanı Azərbaycanın inkişafı, ölkəmizin həyata keçirdiyi transmilli layihələrin əhəmiyyəti vurğulanıb, o cümlədən Azərbaycan-Çin münasibətləri, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv