YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəsmiyyə Abdullayeva: Daha bir sosialyönümlü fərmanı ilə dövlət hər an öz vətəndaşının yanında olduğunu təsdiqlədi

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı respublikamızda həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış bu mühüm sənədin imzalanması ilə 800 min vətəndaşımızın problemli kredit məsələsinə birdəfəlik son qoyuldu.

Bu sözləri AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva deyib.

Ekspert bildirib ki, 2015-ci ildəki devalvasiyalar əhalinin müəyyən qruplarının kredit ödəmə qabiliyyətini zəiflətmişdi. Həmin vaxt manatın ABŞ dolları qarşısında kəskin ucuzlaşması kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların öhdəliklərinin artmasına gətirib çıxarmışdı. Bu isə krediti olan vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdu. Eyni zamanda, bir çox hallarda bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlər məhkəmə müstəvisinə keçmişdi. “Mənim siyasətimin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - fikrini dəfələrlə bəyan edən Prezident İlham Əliyev imzaladığı növbəti, mühüm sosialyönümlü fərmanı ilə dövlətin hər an öz vətəndaşının yanında olduğunu bir daha təsdiqlədi.

R.Abdullayeva, həmçinin bildirib ki, təkcə bu fərman deyil, digər sosialyönümlü inqilabi sərəncam və fərmanlar da dövlətin potensialının xalqın mənafeyi üçün istifadə olunduğunu nümayiş etdirən amillərdəndir: “Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətidir. Bu istiqaməti əsas götürən Prezident İlham Əliyevin 2019-cu ilin ilk iki ayında həyata keçirdiyi islahatlar da bunu bir daha təsdiq edir. Belə ki, son iki ayda 600 min vətəndaşın minimum əmək haqqının yaşayış minimumuna çatdırılması, 576,8 min nəfərin sosial müavinətlərinin və Prezidentin aylıq təqaüdlərinin, 233 min nəfərin, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsin pensiya məbləğinin artırılması, eləcə də DOST mərkəzlərinin yaradılması təşəbbüsü, pensiyaların təyin olunmasının avtomatlaşdırılması istiqamətində görülən işlər dövlət-vətəndaş münasibətlərində qarşılıqlı inamın güclənməsinə xidmət edir. Bu qəbildən olan islahatlar, həm də ölkəmizin sosial məsələlərlə bağlı beynəlxalq təşkilatların qarşısına götürdüyü öhdəliklərin ardıcıl yerinə yetirilməsini bir daha təsdiqləyir”.

DİGƏR Xəbərlər Arxiv