YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Dövlət başçısının problemli kreditlərin həlli ilə bağlı atdığı addım vətəndaşlara dövlət qayğısının bariz nümunəsidir

“Atılan hər bir addım bu reallığı göstərir ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini gücləndirmək, layiqli həyat səviyyəsini təmin etmək bu günümüzə və gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, sosial dövlət olan Azərbaycan öz vətəndaşlarının yüksək rifahının təminatçısıdır.

“Son iki ayda vətəndaşlara sevinc bəxş edən addımlar sırasında minimum əməkhaqqının, pensiyaların artırılmasını, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə, sosial müavinətlərin, təqaüd sisteminin təkmilləşdirilməsinə dair, həmçinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması haqqında sərəncamların imzalanmasını qeyd etməliyik. Bütün bunlar bir daha sübut edir ki, davamlı inkişafı, yüksək rifahı həyata keçirilən siyasətin əsas prinsipi kimi qəbul edən dövlətimizin başçısı İlham Əliyev iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının problemli kreditlərin həlli ilə bağlı atdığı addım da vətəndaşlara dövlət qayğısının bariz nümunəsidir”-deyə, deputat qeyd edib.