YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: İslahatların ardıcıl olaraq həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir

“Vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafı davamlı xarakter daşıyır. Onun sözlərinə görə, islahatların ardıcıl olaraq həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir.

“Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Azərbaycan dövlətinin yürütdüyü dərinməzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman da vətəndaşların problemlərinin həllinə dövlətin diqqəti baxımından böyük əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair Fərmanı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun, onun problemlərinin həllini daim diqqətdə saxladığının əyani ifadəsidir”-deyə, C.Osmanov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv