YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Dövlət büdcəsində dövlət xətti ilə kinofilmlərin çəkilişi mütləq bərpa edilməlidir

Dövlət büdcəsində dövlət xətti ilə kinofilmlərin çəkilişi mütləq bərpa edilməlidir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə yekun çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Kinofilmlərin çəkilişi ilə bağlı təkliflər səsləndi. Mən hesab edirəm ki, son bir-iki il ərzində buna kifayət qədər fikir verilməmişdir. Biz gərək bu boşluğu dolduraq. Yəni, dövlət xətti ilə, dövlət sifarişi ilə kinofilmlərin çəkilişi prosesi bərpa olunmalıdır. Düzdür, bu ilin dövlət büdcəsində bu, nəzərdə tutulmayıb. Mən bilirəm ki, Əbülfəs Qarayev çox çalışırdı ki, bu, nəzərə alınsın, ancaq hansısa səbəblər üzündən nəzərdə tutulmayıb. Ona görə bunun yolu odur ki, bu il üçün Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılsın, indi siz təklif verin”.

Prezident İlham Əliyev vurğulayıb ki, gələn ilin və ondan sonrakı illərin dövlət büdcəsində dövlət xətti ilə kinofilmlərin çəkilişi mütləq bərpa edilməlidir.