YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrənin region ölkələrindəki səfirləri Bakıda toplaşacaq

İsveçrə ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələr inkişaf edir.

Bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensial var.

2019-cu ilin yanvarında Davosda Azərbaycan və İsveçrə prezidentləri İlham Əliyev və Uli Maurerin görüşünü xatırladan səfir bildirib ki, gələn həftə Bakıda iki ölkə arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək.

F.Ştalderin sözlərinə görə, gələn həftə, həmçinin İsveçrənin regiondakı səfirləri Bakıda toplaşacaq: “Rusiya, Türkiyə, Ukrayna, Belarus və Ermənistanda olan İsveçrə səfirləri Bakıya gələcək. Bu da Azərbaycanın turizm baxımından potensialının nümayiş etdirilməsi üçün çox yaxşı imkandır”.

Diplomat əlavə edib ki, 2019-cu ildə, həmçinin İsveçrənin Azərbaycanla texniki əməkdaşlığının 20 ili tamam olur: "Bu illər ərzində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edilib".

Səfir qeyd edib ki, Azərbaycanla İsveçrə arasında enerji sahəsində də səmərəli əməkdaşlıq mövcuddur: "Enerji təhlükəsizliyinin təmin olunması baxımından Cənub Qaz Dəhlizi böyük əhəmiyyət kəsb edir və İsveçrə şirkəti də layihədə paya malikdir".