YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan dövləti vətəndaşların rifah halını daim diqqət mərkəzində saxlayır

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi gücünün artmasını təmin edib. Təbii ki, iqtisadi inkişaf insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur. Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə və müşavirədə dövlət başçısının çıxışı bir daha təsdiqləyir ki, əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub. Onun sözlərinə görə, əhalinin sosial rifahının yüksəldilməsi  üçün lazımi addımlar atılır: “Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı müşavirədə maliyyə vəziyyətimizin yaxşılaşdığını deyərək əlavə gəlirlərin, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldəcəyini vurğulayıb: “Müşavirədə cənab Prezident qeyd edib: “Biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”. Göründüyü kimi, Azərbaycan dövləti vətəndaşların rifah halını daim diqqət mərkəzində saxlayır”.

S.Fətəliyevanın sözlərinə görə, sosial siyasətdən bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımlar xüsusi vurğulanmalıdır. Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əməkhaqqının və minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir. Millət vəkili deyib ki, müşavirədə dövlət başçısının problemli kreditlərlə bağlı məsələnin də araşadırıldığını bildirərək bu barədə müvafiq qərəarların qəbul ediləcəyini diqqətə çatdırıb. Bu fakt bir daha təsdiqləyir ki, dövlət vətəndaşları narahat edən məsələlərin həllinə diqqətlə yanaşır. 

Fevralın 25-də dövlət başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamın da önəmini vurğulayan S.Fətəliyeva sərəncamda nəzərəd tutulan artımlar əhalinin sosial müdafiəsini daha da gücləndirəcək.