YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrində turizmin inkişafına həsr edilmiş konfransda iştirak edib

YAP Gənclər Birliyinin nümyəndəsi Fərid Nəsibov Şanxay Əməkdaşlıq Təşkilatının Gənclər Birliyinin Qırğızıstanın Bişkek şəhərində keçirilən "ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrində turizmin inkişafı" adlı konfransda iştirak edib.

 Qırğızıstanın prezident iqamətgahında keçirilən konfransda Orta Asiya ölkələrinin iştirakı ilə ŞƏT ölkələrinin turizm potensialı müzakirə olunub. Fərid Nəsibov panel müzakirələr zamanı Azərbaycanın turizm potensialı haqda və bu sahənin inkişafı üçün dövlət proqramları barədə iştirakçılara geniş məlumat vermişdir.

Konfransda Azərbaycan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Hindistan, Belarus və Rusiyanın nümayəndələri iştirak etmişlər.