YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir

“Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb. 2017-ci ilin yanvar ayının 1-dən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir. Bu vəsait onların kommunal xidmətlərinin xərcinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəzsiz olaraq verilir”. Bu fkirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, 2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ildə 40 manat, son dəyişikliklərdən sonra isə bu rəqəm 50 faiz artırılaraq 60 manata çatdırılıb. Onun sözlərinə görə, bununla da məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək: “Bu o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən aylıq olaraq vəsait əldə etmək imkanı qazanacaq. Əvvəllər bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq”.

V. Bayramov söyləyib ki, birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir: “Bunun məcburi köçkün ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Artımlar ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Əvəzsiz ödənilən vəsait praktiki olaraq dövlətin dəstəyidir. Bu kontekstdən son addım Azərbaycan həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Praktiki olaraq, həssas qrup hesab edilən məcburi köçkünlərin sosial təminatının daha yaxşılaşmasına dəstək kimi xarakterizə olunur”.