YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Şimali Makedoniya əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Şimali Makedoniya arasında əlaqələrin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıblar. Münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin tərəflər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı genişləndirmək və sərmayə qoyuluşunu artırmaq məqsədilə biznes forumların keçirilməsinin zəruriliyini bildiriblər.

Görüşdə, həmçinin enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.