YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Məqsədimiz ədalətin bərpa olunmasıdır

“Bu gün Xocalı faciəsinin dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Xocalı faciəsi Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya və sair kimi dövlətlər və ABŞ-ın 20-dən çox  ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, dünyanın hər yerində Xocalı soyqırımının tanınması ilə əlaqədar işlər davam edir. Bu prosesdə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası önəmli rol oynayır.

“Bu gün ənənəvi müharibələrin yerini tutan informasiya müharibəsində qalib olmaq məcburiyyətindəyik! Hazırda dünyada informasiya müharibəsi çox qısa mənada "milli maraqlara çatmaq üçün informasiyadan istifadə edilməsi" kimi xarakterizə olunur. Bu gün milli maraqlarımızın öncülü olan “Xocalıya ədalət” kampaniyasının dünyaya bir mesajı var: ədalətin bərpası! Xocalı faciəsinin sülh prosesi üçün heç bir imkan yeri qoymamaq, təşviş yaratmaq və insanları öz doğma yerlərindən didərgin salmaq məqsədilə əvvəlcədən planlaşdırılmış aksiya olduğuna heç bir şübhə yoxdur. Bu hadisənin təfərrüatlarını indiki gənc nəslə çatdırmaq mühümdür. Bu cinayətin unudulmaması və heç bir zaman təkrar olunmaması zəruridir. Azərbaycan dövləti və cəmiyyətimiz  bu cinayətin yaddaşlardan silinməməsi, cinayətkarların cəzalandırılması üçün lazımi addımlar atır”-deyə, deputat qeyd edib.