YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Dövlətimiz Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylə çalışır

“Tarixən xalqımıza qarşı qətliamlar törədilib. Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla qətlə yetirilməsi bu faciələrin ən dəhşətlisi oldu: “Erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən onları xüsusi vəhşiliklə qətlə yetirdi. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq. Əlbəttə ki, ermənilərin siyasətinin kökündə tarix boyu həyata keçirmək istədikləri məqsədlər dayanırdı”. Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, “Böyük Ermənistan” xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Ötən əsrin sonlarında da ərazi iddiası ilə öz havadarlarının - işğalçı Sovet ordusunun köməyi ilə böyük işgəncələrlə 250 min azərbaycanlını Ermənistandakı, 15 mindən çox azərbaycanlını isə Xankəndidəki öz tarixi yurdlarından qovan ermənilər cəzasız qaldıqlarını görüb daha da vəhşiləşərək Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, xalqımızın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər.
Millət vəkili Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından birinin Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyan olduğunu xatırladıb: “Sarkisyan bu hadisəyə münasibət bildirərkən utanmadan deyib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar güman edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındırmağa nail olduq”. Bu sözlər özlərini dünyaya məzlum xalq kimi tanıtmağa çalışan, türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən bir millətin nümayəndəsinin, keçmiş dövlət başçısının azərbaycanlılara qarşı törədilən qətliamda əli olduğunu sübut etmirmi?”.
F.Qasımova qeyd edib ki, xalqımız erməni cəlladlarının Xocalıda törətdikləri soyqırımını hər il geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə ürəkağrısı ilə qeyd edir. Onun sözlərinə görə, dövlətimiz, diaspor təşkilatlarımız Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylə çalışır: “Biz, həmçinin, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyevaya minnətdarlığımızı bildiririk. Xocalı faciəsinin bütün dünyada siyasi qiymətini alması üçün aparılan işlərdə əməyi olan hər kəsə təşəkkür edirəm”.

DİGƏR Xəbərlər Arxiv